Birgə məşq ediblər
Avqustun 22-də Qroznıda K-1 döyüş versiyası üzrə I Beynəlxalq “Akhmat” turniri keçiriləcək.
Sportal.az xəbər verir ki, həmin gecədə K-1 və MMA döyüşçüləri iştirak edəcək.
Azərbaycanlı döyüş ustası “Mauqli” ləqəbi ilə tanınan Zabit Səmədov da bu turnirdə iştirak edəcək. Zabitin rəqibi Bosniya və Hersoqovinadan olan Dzevat Poturak olacaq. Dzevad Poturak 79 dəfə ringə çıxıb və çıxdığı döyüşlərdən 54-də qələbə qazanıb. Aktivində 30 nokautu olan Dzevadla Zabitlə döyüşü maraqla gözlənilir.
Gecənin ən maraqlı görüşü isə Badr Hari ilə İsmail Londt arasında keçiriləcək.
Qeyd edək ki, hazırlıqlarını Qroznıda davam etdirən Zabit Səmədov ötən gün Çeçenistan Prezidenti Ramzan Kadırovla birgə məşq edib.
saytlarin hazirlanmasi