Avqustun 24-də...
Millimiz baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında təlim-məşq toplanışı keçirəcək.
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu ayın 24-də milli komandamızı təlim-məşq toplanışına yığacaq. Həmin toplanışda "Qarabağ"la "Qəbələ"nin futbolçuları yer almayacaqlar. Çünki hər iki klub Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 27-də cavab matçlarına çıxacaq. Bu üzdən də sözügedən klubun üzvləri milliyə ayın 28-də qoşulacaqlar.
saytlarin hazirlanmasi