"Fənərbaxça" yeni transferlərini təqdim etdi FOTO

20:26 - 17 Avqust 2015

Volkan Şen və Ozan Tufan

 

Türkiyənin "Fənərbaxça" klubu yeni transferlərini təqdim edib.

 

Sportal.az qardaş ölkə KİV-lərinə istinadən xəbər verir ki, "sarı-lacivərtlilər" daha öncə razılıq əldə etdikləri Volkan Şen və Ozan Tufanla Şükrü Saracoğlu stadionunda rəsmi müqavilə imzalayıb. Müqavilənin neçə illik olması barədə məlumat verilməyib. Volkan Şen 20, Ozan Tufan isə 8 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, hər iki futbolçu İstanbul təmsilçisinə "Bursaspor"dan transfer olunub.

Xəbər xətti