Millimiz mövqeyini qorudu

21:24 - 17 Avqust 2015

14-cü pillədə qərarlaşıb

 

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığması ötən ayla müqayisədə mövqeyini qoruyub.

 

Aktivində 1354 xal olan komandamız 14-cü pillədə qərarlaşıb. "Avro-2016"nın pley-off mərhələsində qarşılaşacağımız Slovakiya yığması isə bir pillə geriləyib. Slovakiya millisi hazırda 1219 xalla 24-cü pillədə yer alıb.

 

Qeyd edək ki, siyahıya yenə 1922 xalla İspaniya başçılıq edir. Braziliya ikinci, Rusiya isə üçüncü pillədə qərarlaşıb. 

Xəbər xətti