Samir Əliyev: "Bəzi futbolçular psixoloji cəhətdən sındılar"

23:32 - 17 Avqust 2015

"Qırmızı vərəqə bizim planlarımızı alt-üst elədi"

 

"Neftçi" Premyer Liqanın 2-ci turunun sonuncu görüşündə "İnter"in qonağı olub.

 

Sportal.az xəbər verir ki, bu qarşılaşmada "flaqman" 0 - 1 hesabı ilə məğlub olub. Oyundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Əliyev qırmızı vərəqənin oyunlarına təsir etdiyini bildirib: "Qələbə qazanmaq istəyirdik. Futbolçular bunun üçün çalışdılar. Amma qırmızı vərəqə bizim planlarımızı alt-üst elədi. Bəzi futbolçular bu qırmızı vərəqədən sonra psixoloji cəhətdən sındılar. Məqsədimiz 2-ci hissədə qol buraxmayıb, bərabərlik qolunu vurmaq idi. Rəqib də 10 nəfər qaldıqdan sonra imkanlarımız çoxaldı. Amma qol vura bilmədik".

Xəbər xətti