"Neftçi"də işlər qaydasındadır
"Təəssüf ki, görüşün əvvəlində oyunçumuz meydandan qovuldu. Bu, bizim sonrakı dəqiqələrdəki oyunumuza çox təsir etdi. Bunu siz də gördünüz. Rəqib də məhz bundan yararlanıb, qol vurdu. Qırmızı vərəqə aldıqdan sonra müdafiədə boşluqlar buraxmamağa çalışırdıq. Məhz qapımızı toxunulmaz saxlamaq şərtilə qol vurmaq istəyirdik. Amma alınmadı".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin braziliyalı futbolçusu Aylton "İnter"lə matçdan sonra bildirib. Müdafiəçi komandada problemlərin olmasını təkzib edib:
"Sizinlə razı deyiləm, "Neftçi"də işlər qaydasındadır. Sadəcə, biz bu dəfə ilk dəqiqələrdən azlıqda qaldıq. Bu da bizə öz oyunumuzu göstərməyə imkan vermədi. Bundan sonra qol vurmağa başlamaq lazımdır. Biz həm buna, həm də qələbə qazanmağa çalışacağıq".
saytlarin hazirlanmasi