5 kluba cəza verildi

13:41 - 18 Avqust 2015

Əvəzedicilərə görə

 

AFFA İntizam Komitəsinin iclasında Premyer Liqada iştirak edən klubların əvəzedici heyətlərinin oyunları ilə bağlı qərarlar qəbul olunub.

 

Sportal.az xəbər verir ki, bu günkü iclasda 5 klub cəzalandırılıb.

 

AzərbaycanPremyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Rəvan” – “Qarabağ” matçının 89-cu dəqiqəsində “Rəvan” klubunun 88 №-li futbolçusu Roini İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

 

Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun AZAL  – “Qəbələ” matçının 37-ci dəqiqəsində “Qəbələ” klubunun 13 №-li futbolçusu Murad Musayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

 

Oyunun 86-cı dəqiqəsində AZAL klubunun 39 №-li futbolçusu Süleyman Mustafazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

 

Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Sumqayıt”  – “Xəzər Lənkəran” matçında “Sumqayıt” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

 

Oyunun 90+4-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 75 №-li futbolçusu Röyal Əlizadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Xəbər xətti