"Valensiya" "Mançester Siti"nin 45 milyon avroluq təklifinə "hə" dedi

20:40 - 18 Avqust 2015

Otamendi Premyer Liqada

 

"Valensiya"nın müdafiəçisi Nikolas Otamendi karyerasını "Mançester Siti"də davam etdirəcək.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu "şəhərlilər"lə 5 illik müqavilə imzalayacaq.

 

Qeyd edək ki, bu transfer üçün "Mançester Siti" "Valensiya"ya 45 milyon avro ödəyəcək.

Xəbər xətti