Vüqar Əsgərovun Latviya çempionatında vurduğu 6-cı qol VİDEO

02:23 - 19 Avqust 2015

90 dəqiqə meydanda olub
 
Latviya 1-ci liqasında 18-ci turun oyunarı çərçivəsində millimizin sabiq hücumçusu Vüqar Əsgərovun komandası - "1625 Liepaya" klubu səfərdə "Olaine" ilə qarşılaşıb. Hesabı ilk yarıda meydan sahibləri açıblar.
 
Sportal.az xəbər verir ki, 90 dəqiqə meydanda olann Vüqar 78-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb. 
 
Qeyd edək ki, bu, Əsgərovun yenicə keçdiyi və hər oyununda fərqləndiyi "1625 Liepaya" klubundakı 6-cı qoludur. 

Xəbər xətti