Lənkərandakı bazasında məşqləri bərpa edib
"Xəzər Lənkəran" Azərbaycan Premyer Liqasının 3-cü turunda qarşılaşacağı "Rəvan"la oyununun hazırlıqlarına başlayıb.
Sportal.az cənub təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt"la matçdan sonra bir günlük istirahətin ardından Lənkərandakı bazasında məşqləri bərpa edib. Heyətdə Sadio Tounkarada başqa, zədəli futbolçu yoxdur.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Rəvan" oyunu avqustun 22-i saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi