"Bütün gücümüzü meydanda qoyacağıq"
"Komanda artıq çətin dövrünü geridə qoyub. Sabahkı oyunda da “Panatinakos”un yüksəlişə keçdiyini göstərməyə çalışacağıq”.
Sportal.az xəbər verir ki, bu sözləri “Panatinaikos”un üzvü Nikos Marinakis deyib.
Sabah “Qəbələ”yə qarşı keçiriləcək oyunöncəsi mətbuat konfransına qatılan futbolçu, təmsilçimiz haqda da fikirlərini açıqlayıb: “Qəbələ”nin 3 mərhələni uğurla adlaması onun gücünü göstərir. Zəif deyil, güclü rəqiblə oynayacağımızı bilirik. Bütün gücümüzü meydanda qoyacağıq”.
Yunan müdafiəçi “Panatinaikos”un ulduz futbolçusu Maykl Essyenin yoxluğundan da söz açıb: “Essyenin komandada olması bizim üçün əlavə güc olardı. Amma əvvəllər də onsuz oynamışıq. Hazırkı heyətlə də oyunumuzu göstərməyə qadirik”.
saytlarin hazirlanmasi