"Sumqayıt"ın prezidenti: "Neftçi"yə məğlub olsaq da, bu normal idman mübarizəsi zəmnində olacaq"

21:08 - 19 Avqust 2015

"Bu oyunda məğlub olsaq da..."

 

"Sumqayıt"ın prezidenti Kamran Quliyev Premyer Liqanın üçüncü turunda qarşılaşacaqları "Neftçi" ilə oyunda rəqibə üç xal verəcəklərinə dair yayılan iddialara münasibət bildirib.

 

Sportal.az-a açıqlamasında Quliyev bunları qeyd edib:

 

"Bu xəbər heç bir reallığı əks etdirmir. Bu, ağır bir böhtandır. Hər bir insan fikir bildirməkdə azaddır. Ancaq, bir iddian irəli sürülürsə, qarşı tərəfin də fikri öyrənilməlidir. Ona görə də, mən yenə də bu məsələyə aydınlıq gətirmək istəyirəm ki, bu əsassız bir ittihamdır. Bu, idman prinsiplərinə zidd olan məsələdir. Biz “Sumqayıt” olaraq indiyə qədər millimizə bir çox futbolçu bəxş eləmişik. Bizim kimi bir kluba bu cür ittihamların atılmasını heç cür anlaya bilmirəm.  Biz “Neftçi” ilə dəfələrlə qarşılaşmışıq. Bu oyunlarda udmuşuq da, uduzmuşuq da.

 

Biz bu turda da “Neftçi” ilə qarşılaşırıq. Bu oyunda məğlub olsaq da, bu normal idman mübarizəsi zəmnində olacaq. Həmin fikri qələbə qazanacağımız təqdirdə də söyləmək olar. Hər kluba xal lazım olduğu kimi, bizə də xal lazımdır. Bizim klub tariximizdə heç bir vaxt kiməsə xal verəcəyimiz barədə bir fakt da olmayıb. Ona görə də, yenə bildirmək istəyirəm ki, bu bizə qarşı olan böyük bir böhtandır. Sizə də öz təşəkkürümü bildirirəm ki, qarşı tərəfin də fikirlərinə yer ayırdınız”.

Xəbər xətti