Gökhan İnlerin yeni komandası məlum olub
"Napoli" futbolçusu Gökhan İnleri İngiltərə Premyer Liqası təmsilçisi "Lester"ə satıb.
Sportal.az xəbər verir ki, türkəsilli isveçrəli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Transferin təzminat qiyməti barədə məlumat verilməyib. G.İnler yeni klubunda 33 nömrəli forma geyinəcək.
Qeyd edək ki, İnler ötən mövsüm "Napoli"də oynadığı 19 matçda 1 qol vurub.
saytlarin hazirlanmasi