Matçda 11 qol
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Estoniyanın Parnu şəhərində təşkil olunan Avro Liqanın Super Final mərhələsində mübarizə aparır.
Sportal.az xəbər verir ki, millimiz bu gün turnirdə ilk matçını keçirib.
Komandamız Rumıniya ilə qarşılaşıb. 11 qolun vurulduğu görüşdə futbolçularımız əlavə vaxtda rəqibinə 5:6 hesabıyla uduzub. Yığmamızın heyətində qolları Rüfət Məmmədov, Sabir Allahquliyev, Comərd Baxşəliyev və dubla imza atan Asif Zeynalov vurub.
Qeyd edək ki, Azərbaycan qrupdakı ikinci matçını Çex Respublikasına qarşı keçirəcək. Çexlər bu gün Türkiyə millisinə 2:0 hesabıyla qalib gəliblər.
saytlarin hazirlanmasi