"Bundan daha gözəl bir yol yoxdur"
"Turan Tovuz" klubunun sabiq baş məşqçisi Naci Şensoy "Qarabağ"ı Avropa Liqasının pley-off mərhələsində səfərdə İsveçrə təmsilçisi "Yanq Boyz" üzərində qələbə (1:0) münasibəti ilə təbrik edib.
Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis şəxsi "Facebook" hesabında bunları bildirib:
"Avropa Liqasının pley-off mərhələsində səfərdə "Atromitos" üzərində qələbə münasibətilə "Fənərbaxça"nı nə qədər təbrik etmək gərəkərsə, Azərbaycan klubu "Qarabağ"ın "Yanq Boyz" üzərində qələbəsindən də bir o qədər qürur duymalıyıq. Qarabağ torpaqlarının sadəcə Azərbaycana aid olduğunu idman vasitəsilə Avropaya sübut etməkdən daha gözəl bir yol yoxdur. Təbriklər Türkiyə, qürur duy, can Azərbaycan!"
saytlarin hazirlanmasi