"Xəzər Lənkəran" - "Rəvan" matçının hədiyyəli biletləri satışda

14:12 - 21 Avqust 2015

III turun matçı

 

Premyer Liqanın 3-cü turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "Rəvan" matçına bilet alan hər bir azarkeş 2 manatlıq Nar danışıq kartı hədiyyə olaraq əldə edəcək.

 

Sportal.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, biletləri bugündən etibarən “Nar” Mərkəzində (Lənkəran şəhəri, H.Aslanov küçəsi 27) və stadionun kassalarından əldə edə bilərsiniz.

 

Xatırladaq ki, avqustun 22-də keçiriləcək “Xəzər Lənkəran” - “Rəvan” görüşü saat 21:00-da start götürəcək.

Xəbər xətti