Kamran Ağayevin komandasına şad xəbər

00:37 - 22 Avqust 2015

Necati Ateş bu tur oynaya biləcək
 
Millimizin qokiperi Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" ulduz futbolçu Necati Ateşi heyətinə qatsa da, Türkiyə Futbol Federasiyasına sifariş etmədiyi üçün, hücumçu ilk turda "Adana Dəmirspor"la matçda forma geyinə bilməmişdi.
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq İzmir təmsilçisi sabiq "Qalatasaray"lını sifariş edib. Şans veriləcəyi təqdirdə, ikinci turda bazar günü baş tutacaq "Şanlıurfaspor"la matçda Necati komandaya kömək edə biləcək.

Xəbər xətti