Qonaq tribunaları olmayacaq
Xorvatiya Futbol Federasiyası azarkeşlərə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyununa getməyi qadağan edib.
Sportal.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, XFF seçmə mərhələ çərçivəsində səfər matçlarında (sentyabrın 3-də Azərbaycan, 6-da Norveç, oktyabrın 13-də Malta) heç bir azarkeş aparmayacaq, onlar üçün rəqib stadionlarında qonaq sektoru təşkil olunmayacaq.
Qeyd edək ki, buna səbəb bir müddət öncə İtaliya ev oyununda azarkeşlərin irqçi şüarlar səsləndirməsi olub. Bu da UEFA-nın xorvatların hesabından bir xal silib, eləcə də 100 min avro pul cəriməsi kəsməsi ilə nəticələnib. UEFA həmçinin belə bir hal təkrarlanacağı halda xorvatları AÇ-2016-nın seçmə mərhələsindən kənarlaşdırıla biləcəyini də bildirib.
saytlarin hazirlanmasi