"Bülbüllər" transferlərə doymur
Bu mövsüm etdiyi transferlərlə gündəmdən düşməyən "Fənərbaxça" daha bir ulduz futbolçunu heyətinə qatmaq niyyətindədir.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "bülbüllər" PSJ-nin futbolçusu Ezequel Lavezzini heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, bu transfer üçün "Fənərbaxça"nın Paris klubuna 10 milyon avro ödəyəcəyi iddia edilir.
saytlarin hazirlanmasi