Milanda keçirilən dünya çempionatında
Azərbaycanlı idmançılar İnna Osipenko-Rodomska və Valentin Demyanenko 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Sportal.az xəbər verir ki, idmançılarımız bu uğura İtaliyanın Milan şəhərində keçirilən dünya çempionatında imza atıblar. İnna Osipenko-Rodomska kayak növündə, Valentin Demyanenko isə kanoe növündə ilk 7-liyə düşməklə olimpiyadaya lisenziyanı təmin ediblər.
saytlarin hazirlanmasi