"Matçın ağır keçəcəyini bilirdik"
Azərbaycan Premyer Liqasının 3-cü turunun açılış matçında "Xəzər Lənkəran" doğma meydanda "Rəvan"la 1 - 1 hesablı heç-heçə etdi.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmadan sonra cənub təmsilçisinin baş məşqçisi Yunis Hüseynov mətbuat konfransında matç haqqında fikirlərini bildirib: "Matçın ağır keçəcəyini bilirdik. Yaxşı hazırlaşmışdıq. 3 xal qazanmaq istəyirdik. İkinci hissə başlayan kimi qırmızı vərəqə aldıq. Bütün bunlara baxmayaraq, gənc futbolçular toparlandılar və 1 xal qazandılar. Qarşıda ağır oyunlarımız var. Həmin qarşılaşmalara hazırlaşacağıq".
saytlarin hazirlanmasi