4 cavabsız qol
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunmuş “Baltic Cup” turnirində ikinci oyununu keçirib.
Sportal.az xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız qələbə qazanıb – 4:0. Nigar Cəlillinin dubl etdiyi oyunda hərəyə 1 dəfə Kristina Bakarandze və Aysun Əliyeva fərqlənib.
Qeyd edək ki, yığmamız turnirdəki ilk oyununda litvalı həmyaşıdlarını 1:0 hesabı ilə məğlub edib. Komandamız avqustun 23-də Estoniya yığması ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi