Türkiyədə mövsümün ilk derbisini "Trabzonspor" qazandı

02:02 - 23 Avqust 2015

10 nəfər qalan "Beşiktaş" məğlub oldu
 
Türkiyə Superliqasında mövsümün ilk derbisi baş tutub.
 
Sportal.az xəbər verir ki, 2-ci turda "Beşiktaş" doğma meydanda "Trabzonspor"u qəbul edib. Qarşılaşmada qonaqların heyətində Yusuf Erdoğan 54-cü dəqiqədə hesabı açsa da, bu qoldan cəmi 3 dəqiqə sonra "ağ-qaralar"ın heyətində Rikardo Quarejma 57-ci dəqiqəsində hesabı bərabərləşdirib. Qol vurduqdan 3 dəqiqə sonra Quarejma qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Matçın 84-cü dəqiqəsində qonaqların heyətində Erkan ZƏngin fərqlənərəq səfərdə komandasına 2:1 hesablı qələbə qazandırıb.

Xəbər xətti