"Neftçi"nin ispan hücumçusu Bakıda FOTO

12:05 - 23 Avqust 2015

Müqavilə imzalanması gözlənilir

 

"Neftçi"nin heyətinə qatmağa hazırlaşdığı ispaniyalı hücumçu Antonio Kinta (Anete) artıq Bakıdadır.

 

Sportal.az paytaxt klubunun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, tibbi müayinədən keçdikdən sonra futbolçu ilə müqavilə imzalanması gözlənilir.

 

Bundan əvvəl "Levski" klubunun formasını geyinmiş Anete meydana çıxdığı 28 matçda 14 qol vurub. Anete 2 mövsüm ardıcıl Yunanıstan çempionatında da çıxış edib.

 

Xəbər xətti