Zabit Səmədov qalib gəldi VİDEO

14:13 - 23 Avqust 2015

"Qələbəni Əhməd-Hacı Kadırovun xatirəsinə həsr edirəm"

 

Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti qələbəsini qazanıb.
 

Sportal.az  "Report"a istinadən xəbər verirki, ötən gün Çeçenistanın paytaxtı Qroznıda "Akhmat Fight Show" çərçivəsində rinqə çıxan Azərbaycan idmançısı bosniya və hersoqovinalı rəqibi Dzevad Poturakla üz-üzə gəlib. 


Üçraundluq qarşılaşmadan sonra hər üç hakimin yekdil qərarı ilə Zabit qələbəni bayram edib. Döyüşdən sonra Zabit fikirlərini bölüşüb: 

"Ətrafda dostlar, yerlilər və ən böyük azarkeş - dostum və qardaşım Ramzan Kadırov var. Mənə "Əhməd" klubunda çıxış etmək imkanı yaratdığı üçün Ramzan Kadırova minnətdarlığımı bildirirəm və öz qələbəmi Çeçen Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr edirəm".

 

Xəbər xətti