"Qalatasaray" "Mançester Siti"nin fubolçusunu transfer etdi

16:22 - 23 Avqust 2015

Denayer icarə əsasında çıxış edəcək
 
Bu mövsüm Çempionlar Liqasında iştirak edəcək "Qalatasaray" növbəti transferini reallaşdırıb.
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Cim-Bom" "Mançester Siti"nin mərkəz müdafiəçisi Jason Denayeri heyətinə qatıb. Belə ki, 20 yaşlı futbolçu növbəti mövsümü icarə əsasında Türkiyə klubunda keçirəcək. Artıq tərəflər arasında razılıq əldə olunub və futbolçu sabah İstanbula gələcək.

Xəbər xətti