Droqba yeni komandasında debüt etdi

16:50 - 23 Avqust 2015

Ulduz futbolçunun komandası məğlub oldu
 
"Çelsi"nin sabiq futbolçusu Didye Droqba yeni komandası "Monreal İmpakt"ın heyətində ilk matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, 37 yaşlı futbolçu ABŞ çempionatında "Filadelfiya Union"la görüşdə debüt edib. Matçın 59-cu dəqiqəsində meydana daxil olan Droqba komandasını məğlubiyyətdən xilas edə bilməyib. Oyun 1:0 hesabı ilə "Filadelfiya Union"un qələbəsi ilə başa çatıb.
 
Qeyd edək ki, ötən mövsümü "Çelsi"də keçirən Droqba azad agent statusu alaraq "Monreal İmpakt"a transfer olunub.

Xəbər xətti