6-cı yeri tutdu
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Estoniyanın Parnu şəhərində təşkil olunan Avro Liqanın Super Final mərhələsində 6-cı yeri tutub.
Sportal.az xəbər verir ki, millimiz bu gün Macarıstanla 5-ci yer uğrunda oyuna çıxıb. Komandamız son oyununda da məğlubiyyətlə üzləşib - 2:4. Millimizin heyətində Namiq İsgəndərovla Asif Zeynalov fərqlənib.
Xatırladaq ki, Azərbaycan əvvəlki oyunlarında Rumıniya (5:6) və Çexiyaya (4:5) məğlub olmuş, Türkiyəyə qalib gəlmişdi - 4:4, penaltilərlə - 3:2.
saytlarin hazirlanmasi