Millimizin oyunlarının vaxtı dəyişdirildi

13:02 - 24 Avqust 2015

Avqustun 24-də və 26-da deyil, avqustun 25-də və 27-də keçiriləcək

 

Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandasının Türkmənistan yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının tarixi dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmalar, əvvəlcədən xəbər verildiyi kimi, avqustun 24-də və 26-da deyil, avqustun 25-də və 27-də keçiriləcək. ABU Arena-da təşkil olunacaq hər iki oyun saat 20:00-da başlayacaq.

Xəbər xətti