Yığmamız Meksikaya yollandı

15:46 - 24 Avqust 2015

9 boksçu hazırlıq keçir

 

Boks üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı üçün Meksikaya yollanıb.

 

Sportal.az xəbər verir ki, boksçular oktyabrda Qətərdə keçiriləcək dünya çempionatına Şimali Amerikada hazırlıq keçirlər.

 

Rio de Janeyro Olimpiadasına lisenziya xarakterli yarışda Azərbaycan komandası tam heyətlə çıxış edəcək. Meksikadakı təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Lazaro Ximenes və Nəriman Abdullayevin rəhbərliyi altında 9 boksçu hazırlıq keçir.

 

Seçmə komandanın liderlərindən yalnız Məhəmmədrəsul Məcidov (+91 kq) zədə səbəbindən toplanışa yollanmayıb. Avropa Oyunlarında iştirak etməyən Cavid Çələbiyev (56 kq) bu dəfə heyətə daxil edilib. Bu yaxınlarda Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanan Rüfət Hüseynov da Meksikaya yollanıb.

 

Komandanın sentyabrın 5-nə kimi Meksikada qalması gözlənilir. Azərbaycanın boks üzrə milli komandasında bu boksçular yer alıb:

 

49 kq. Rüfət Hüseynov

52 kq. Elvin Məmişzadə

56 kq. Cavid Çələbiyev

60 kq. Albert Səlimov

64 kq. Lorenzo Sotomayor

69 kq. Pərviz Bağırov

75 kq. Xaybulla Musalov

81 kq. Teymur Məmmədov

91 kq. Abdulqadir Abdullayev.

Xəbər xətti