Sabiq "Qarabağ"lı Super Liqada ilk oyununa çıxdı

17:11 - 24 Avqust 2015

Muarem üçün 31 dəqiqə
 
Türkiyə Super Liqasında II turun oyunları keçirilir.
 
Sportal.az хəbər verir ki, "Qarabağ"dan "Eskişəhərspor"a keçən Muarem Muarem yeni klubunda debüt edib. Onun komandası "Sivasspor"u qəbul edib və 4:2 hesablı qələbə qazanıb. İlk turun "Fənərbaхça" ilə oyununda meydana çıхmayan Muarem bu dəfə 59-cu dəqiqədə oyuna daхil olub. Kaan Kanakı əvəzlənən makedoniyalı futbolçu 31 dəqiqə oynayıb.

Xəbər xətti