Millimiz bu gün ilk məşqinə çıxır

17:27 - 24 Avqust 2015

Xorvatiya və Malta matçları üçün hazırlıq başlayır
 
Bu gün millimiz AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Xorvatiya və Malta ilə oyunlar üçün hazırlığa start verir.
 
Sportal.az xəbər verir ki, xorvatiyalı baş məşqçi Robert Prosineçki millimizin üzvlərinə saat 18:30-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda ilk məşqi keçəcək. Millimiz ilk gündə cəmi 12 futbolçu ilə hazırlıq keçəcək.Premyer Liqanın 3-cü turu çərçivsəsində üz-üzə gələcək "İnter"lə "Zirə"nin futbolçuları sabahdan yığmanın düşərgəsinə qoşulacaq.
 
Avropa Liqasında çıxış edən "Qarabağ"la "Qəbələ"də çıxış edən milli üzvləri pley-off mərhələsinin cavab oyunlarından sonra düşərgəyə qatılacaq.

Xəbər xətti