Xorvatiya Bakıya 24 futbolçu ilə gəlir

18:24 - 24 Avqust 2015

Kovaç 24 futbolçuya dəvət göndərib
 
Sentyabrın 3-də AÇ-2016-nın seçmə mərhələsində Bakıda millimizin qonağı olacaq Xorvatiya yığmasının heyəti açıqlanıb.
 
Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Niko Kovaçın müəyyənləşdirdiyi siyahıda 24 futbolçu yer alıb.
 
Qeyd edək ki, sentyabrın 3-də Bakıda millimizin qonağı olacaq Xorvatiya millisi 3 gün sonra səfərdə Norveçlə üz-üzə gələcək.
 
Qapıçılar: Daniyel Subaşiç ("Monako", Fransa), Lovre Kaliniç ("Hayduk"), İvan Varqiç ("Rijeka")
 
Müdafiəçilər: Dariyo Srna ("Şaxtyor", Ukrayna), Sime Vrsaljko ("Sassuolo, İtaliya), Marko Leskoviç ("Rijeka"), Vedran Corluka ("Lokomotiv", Rusiya), Domaqoy Vida ("Dinamo", Ukrayna), Deyan Lovren ("Liverpul", İngiltərə), Daniel Pranyiç ("Panatinaikos", Yunanıstan), Marin Leovaç (PAOK, Yunanıstan)
 
Yarımmüdafiəçilər: Luka Modriç ("Real", Madrid), Milan Badelj ("Fiorentina", İspaniya), Marselo Brozoviç ("İnter", İtaliya), Mateo Kovaçiç ("Real", Madrid), İvan Rakitiç ("Barselona", İspaniya), Miyo Caktas ("Hayduk")
 
Hücumçular: Nikola Kaliniç ("Fiorentina", İtaliya), Ante Rebiç ("Fiorentina"), Marko Pyaka ("Dinamo", Zaqreb), İvan Perisiç ("Volfsburq"), İvisa Oliç (HSV), Mario Mandzukiç ("Yuventus"), Andrey Kramarik ("Lester Siti", İngiltərə).

Xəbər xətti