"Neftçi"nin futbolçusu" "Bu, şəxsən mənim xoşuma gəlmir"

20:23 - 24 Avqust 2015

"Daha çox qol vura bilərdik"

 

"Fərqlənmək üçün kifayət qədər imkanlarımız oldu. İki əks-hücum nəticəsində qol vura bildik.Daha çox qol vura bilərdik. Düşünürəm ki, maraqlı oyun alındı. Qol imkanlarından istifadə edə bilsəydik, oyun fərqli ola bilərdi. Birinci hissədə sürət çatışmırdı, lakin ikinci yarıda yaxşı oynadıq".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Sumqayıt" keçirilən matçdan sonra "Neftçi"nin futbolçusu Kaue Da Silva jurnalistlərə açıqlamasında deyib.

 

Braziliyalı futbolçu milli komandaların oyunları ilə əlaqədar çempionata 20 günlük fasilə verilməsinə münasibətini bildirib. O, bu müddətin çox olduğunu qeyd edib: "Bu, şəxsən mənim xoşuma gəlmir. Çünki yeni-yeni oyunumuzu tapa bilirik. Qələbədən sonra oynamaq ruh yüksəkliyi gətirir. Oynasaydıq, daha yaxşı olardı. Daha öncə oynadığım ölkələrdə milli komandaya görə fasilə olmuşdu. Amma 20 gün deyildi".

Xəbər xətti