"Antalyaspor"dan daha bir rəsmi transfer FOTO

21:23 - 24 Avqust 2015

Reis Mbolini heyətinə qatıb

 

Türkiyə Super Liqasında mübarizə aparan "Antalyaspor" daha bir futbolçu ilə heyətini gücləndirib.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "ağ-qırmızılar" transfer pəncərəsinin bağlanmasına 1 həftə qalmış Əlcəzair milli komandasının qapıçısı Reis Mbolini heyətinə qatıb.  29 yaşlı qapıçı ilə razılıq əldə olunub, onunla 3 illik müqavilə imzalanıb. Bu Antalya təmsilçisinin həyata keçirdiyi 13-cü transferdi.

 

Qeyd edək ki, Samuel Etonun da çıxış etdiyi "Antalyaspor" Türkiyə Super Liqasında keçirdiyi hər iki qarşılaşmada qələbə qazanıb.

 

Xəbər xətti