"Milan"da çıxış edəcək
İtaliyanın "Milan" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Milan təmsilçisi İngiltərənin “Liverpul” klubunun hücumçusu Mario Balotellini heyətinə qatıb. 25 yaşlı hücumçu artıq İtaliyadadı və sabah tibbi müayinədən keçəcək. O, 1 il ərzində İtaliya nəhənginin heyətində icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, M.Balotelli ötən mövsüm "Milan"dan "Liverpul"a transfer olunub.
saytlarin hazirlanmasi