"Qəbələ"nin rəqibi qələbə ilə başladı

10:55 - 25 Avqust 2015

İlk turun son matçı

 

Yunanıstan superliqasında 2015/2016 mövsümünün ilk turunun oyunları keçirilib.

 

Sportal.az  xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Panatinaikos" səfərdə "Panetolikos" klubu ilə qarşılaşıb. Afina təmsilçisi bu görüşdən çətinliklə də olsa, 2:1 hesablı qələbə ilə ayrılıb. 

 

Qeyd edək ki, "Panatinaikos" avqustun 27-də, Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində evdə "Qəbələ"ni qəbul edəcək.

 

 "Panetolikos" - "Panatinaikos" - 1:2
Qollar: Kappel, 41-pen (1:0), Karelis, 51 (1:1), Berq, 84 (1:2)

Xəbər xətti