Cüdoçularımızın uğursuz çıxışı davam edir

14:43 - 25 Avqust 2015

2 idmançımız məğlub oldu

 

Qazaxıstanın Astana şəhərində cüdo üzrə keçirilən dünya çempionatının ikinci günündə ölkəmizi iki idmançı təmsil edib.

 

Sportal.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə ilk iki görüşdə Mozambik və Kanada idmançılarını məğlub etsə də, 1/8 finalda italiyalı Elio Verdeyə məğlub olaraq mundialda mübarizəni dayandırıb. Digər idmançımız Hidayət Heydərov üçün də dünya çempionatı uğurlu olmayıb. İlk görüşündə Çin cüdoçusuna qalib gələn Hidayət sonra Almaniya nümayəndəsi Sebastyan Seydlyuya uduzub.

Xəbər xətti