"Turan Tovuz"un sabiq baş məşqçisi Superliqa klubunda

00:54 - 26 Avqust 2015

"Gənclərbirliyi" Naci Şensoya tapşırıldı
 
"Turan Tovuz”un sabiq baş məşqçisi türkiyəli mütəxəssis Naci Şensoy Türkiyə Superliqasında çıxış edən "Gənclərbirliyi”ni çalışdıracaq.
 
Sportal.az xəbər verir ki,  "Gənclərbirliyi”ndə köməkçi məşqçi kimi çalışan Şensoy İsveçli baş məşqçi Stüart Baxterin istefa verməsindən sonra müvəqqəti olaraq baş məşqçi postuna gətirilib. Əgər Naci Şensoyun rəhbərliyi altında komanda uğur qazansa, baş məşqçi postu mövsümün sonuna qədər ona tapşırılacaq.

Xəbər xətti