"Qalatasaray"ın ulduzu PSJ-də

12:05 - 26 Avqust 2015

Aleks Telleslə razılıq əldə olunub

 

Fransanın PSJ klubu heyətini daha bir futbolçuilə gücləndirib.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Paris təmsilçisi Türkiyənin "Qalatasaray" komandasının sol cinah müdafiəçisi Aleks Telleslə razılığa gəlib. Braziliyalı oyunçunun transferi üçün PSJ İstanbul nəhənginə 7 milyon avro ödəyəcək. Telleslə neçə illik müqavilə imzalanacağı barədə məlumat verilmir.

 

Qeyd edək ki, "Qalatasaray" gənc futbolçunu 2014-cü ilin yanvar ayında Braziliyanın "Qremio" klubundan 6 milyon avroya transfer etmişdi.

Xəbər xətti