"Beşiktaş"ın futbolçusu "Qalatasaray"da

14:07 - 26 Avqust 2015

Razılıq əldə olunub

 

Türkiyənin "Qalatasaray" klubu heyətini gücləndirməkdə davam edir.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul nəhəngi əzəli rəqibi "Beşiktaş"ın qapıçısı Cenk Göneni heyətinə qatıb. Klublar arasında razılıq əldə olunub. Qolkiper özü də "Qalatasaray"a keçməyə razıdı. Bu transfer "cim bom"a 700 min avroya başa gələcək. Önümüzdəki günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

Xəbər xətti