Çempionlar Liqası tarixində ilk yaşandı

15:23 - 26 Avqust 2015

İspaniyanı 5 klub təmsil edəcək

 

UEFA Çempionlar Liqasının tarixində bir ilk baş verib.

 

Sportal.az xəbər verir ki, bu hadisə dünən keçirilən pleyy-off mərhələsinin oyununda  "Valensiya"nın "Monako"nu mübarizədən kənarlaşdırıb qrup mərhələsinə vəsiqə qazanması ilə baş verib. Belə ki, bu mövsüm İspaniyanı Çempionlar Liqasında 5 komanda təmsil edəcək. "Barselona", "Real", "Atletiko" Madrid və "Real" Madrid birbaşa qrup mərhələsinə vəsiqə qazanmışdı. "Valensiya" isə qrupa düşən 5-ci ispan klubu olmaqla bir ilkə imza atıb. Çempionlar Liqası tarixində qrup mərhələsində ilk dəfə bir ölkədən 5 komanda mübarizə aparacaq.

Xəbər xətti