"Bakıdakı görüş daha çətin olacaq"
“Qarabağ”la qarşılaşmada da mənə etimad göstərilsə, bunu doğrultmaq üçün əlimdən gələni edəcəyəm”.
Sportal.az xəbər verir ki, bu sözləri İsveçrənin “Yanq Boys” klubunun qapıçısı İvon Mvoqo deyib.
21 yaşlı əlcək sahibi Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la Bakıda keçiriləcək cavab oyunu haqda fikirlərini açıqlayıb. İsveçrə çempionatının son turunun “Syon”la qarşılaşmasında dəfələrlə komandasını xilas edən Mvoqo “Qarabağ” kimi güclü rəqiblə oynamaqda zövq aldıqlarını bildirib: “Əlbəttə ki, Bakıdakı görüş daha çətin olacaq. Çünki bu matç İsveçrə çempionatı deyil, Avropa Liqasının qrupuna vəsiqə uğrunda qarşılaşmadı. “Qarabağ”ın özü də güclü rəqibdi. Lakin rəqibimizin nə qədər yaxşı olması, mənim üçün də müsbət amildi. Çünki güclü rəqiblə oynadıqda, bundan daha çox zövq alırıq”.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Yanq Boys” oyunu saat 21:00-da başlayacaq. (Apasport.az)
saytlarin hazirlanmasi