Çempionlar Liqası: Qrup mərhələsində iştirak edəcək 32 komanda məlum oldu

03:26 - 27 Avqust 2015

Artıq səbətlər də məlumdur
 
Dünən baş tutan 5 oyunla Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
 
Sportal.az xəbər verir ki, qitənin birinci dərəcəli klub turnirində iştirak edəcək bütün komandalar müəyyənləşib.
 
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin püşkü bu gün İsveçrənin Nyon şəhərində atılacaq.
 
1-ci səbət: "Barselona" (İspaniya),"Çelsi" (İngiltərə), "Bavariya" (Almaniya), "Yuventus" (İtaliya), "Benfika" (Portuqaliya), PSJ (Fransa), "Zenit" (Rusiya), PSV (Hollandiya)
 
2-ci səbət: "Real" (Madrid, İspaniya), "Atletiko" (Madrid, İspaniya), "Portu" (Portuqaliya), "Arsenal" (İngiltərə) , "Mançester Yunayted" (İngiltərə) , "Valensiya" (İspaniya), "Bayer" (Leverkuzen, Almaniya), "Mançester Siti" (İngiltərə)
 
3-cü səbət: "Şaxtyor" (Donetsk, Ukrayna), "Sevilya" (İspaniya), "Lion" (Fransa) , "Dinamo" (Kiyev, Ukrayna), "Olimpiakos" (Yunanıstan), CSKA (Moskva, Rusiya), "Qalatasaray" (Türkiyə) , "Roma" (İtaliya)
 
4-cü səbət: BATE (Belarus), "Borussiya" (Münhenqladbax, Almaniya), "Volfsburq" (Almaniya), "Dinamo" (Zaqreb, Xorvatiya) , "Makkabi" (Təl-Əviv, İsrail), "Gent" (Belçika), "Malmö" (İsveç), "Astana" (Qazaxıstan)

Xəbər xətti