Qapıçı 131-ci qolunu vurdu

14:40 - 27 Avqust 2015

45-ci dəqiqədə fərqləndi
 
Braziliyanın "San Paulu" klubunun qapıçısı Rojerio Seni karyerası ərzində 131-ci qolunu vurub.
 
Sportal.az xəbər verir ki, bu Braziliya kubokunun 1/8 final mərhələsində "Seara"ya qarşı cavab matçdında baş verib.  42 yaşlı qolkiper oyunun 45-ci dəqiqəsində penaltidən fərqlənib.
 
Bununla da R.Seni futbol tarixində ən yaxşı qapıçı-bombardirlərin siyahısıda ilk pillədəki mövqeyini möhkəmləndirib.
 
Qeyd edək ki, "Seara" - "San Paulu" görüşü ikincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti