"Atromitos"la oyun öncəsi "Fənərbaxça"ya şad xəbər

19:22 - 27 Avqust 2015

Baş məşqçisinin cəzası yüngülləşdi
 
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şaxtyor"la keçirilən oyunda hakim tərəfindən tribunaya göndərilən "Fənərbaxça"nın baş məşqçisi Vitor Pereyranın cəzasını yüngülləşdirib.
 
Sportal.az xəbər verir ki, UEFA Nizam-İntizam Komitəsi portuqaliyalı mütəxəssisin cəzasını 2 oyundan 1 matça endirib. Avropa Liqasının pley-off mərhələsində "Atromitos"la keçirilən ilk oyunu tribunadan izləyən Pereyra bu axşam "Şükrü Saracoğlu" stadionunda baş tutacaq cavab matçında komandasının yanında olacaq.
 
Qeyd edək ki, "Şaxtyor"la matçın gedişində rəqibin iki futbolçusu - Dario Srna və Fredlə Pereyra arasında gərginlik yaşandığı üçün görüşün baş hakimi "Fənərbaxça"nın baş məşqçisini tribunaya göndərib.

Xəbər xətti