Ronaldo və Suaresi qabaqladı
Avropada 2014/2015 mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, UEFA-ya üzv olan 54 ölkənin jurnalistləri arasında keçirilən səsverməyə əsasən, Argentina millisinin və "Barselona"nın hücumçusu Lionel Messi seçilib. O, səsvermədə Kriştiano Ronaldonu (Portuqaliya, "Real") və Luis Suaresi (Uruqvay, "Barselona") qabaqlayıb.
Qeyd edək ki, beşinci dəfə keçirilən sorğuda daha əvvəl Lionel Messi (2011), Andres İnyesta (2012), Frank Riberi (2013) və Kriştiano Ronaldo (2014) qalib gəlib.
saytlarin hazirlanmasi