İki klubumuz qrup mərhələsində
Bu mövsüm Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ" və "Qəbələ" klubları tarixi uğura imza atıb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi İsveçrə "Yanq Boyz"unu məğlub etməklə ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin etməklə ötənilki uğurunu təkrarlayıb. "Qəbələ" isə "Panatinaikos"la səfərdə 2:2 hesabı ilə heç-heçə edərək, iki oyunun nəticəsinə görə, avrokuboklarda ikinci mövsümündə tarixində ilk dəfə qrup mərhələsinə vəsiqə qazanmağı bacarıb. Bununla da, Azərbaycan ilk dəfə Avropa Liqasının qrup mərhələsində iki komanda ilə təmsil olunacaq.
Qeyd edək ki, hər iki klubumuzun qrup mərhələsindəki rəqibləri bu gün keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.
saytlarin hazirlanmasi