"Mübarizəni davam etdirməliyik"
"Bu, alçaldıcı məğlubiyyət oldu. Buna baxmayaraq, başımızı qaldırıb mübarizə aparacağıq".
Sportal.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Yunanıstanın "Panatinaikos" klubunun prezidenti Con Alafouzos deyib.
Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Afinada "Qəbələ" ilə 2:2 hesablı bərabərə qalan Yunanıstan klubunun prezidenti nəticəni belə şərh edib: "Seçim variantımız yoxdur. Yenidən özümüzə gəlib, mübarizəyə davam etməliyik. Oyun vaxtı səhvlərimiz oldu. Ancaq mən baş məşqçi və futbolçulara güvənirəm. Mübarizəni davam etdirməliyik".
Qeyd edək ki, 2 oyunun nəticəsinə görə, "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb - 0:0; 2:2. (Report)
saytlarin hazirlanmasi