Prosineçki: "Bu, Azərbaycan futbolu üçün önəmli hadisədir"

14:24 - 28 Avqust 2015

"Bugünkü püşkatmanı böyük həvəs və maraqla gözləyirəm"

 

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” və “Qəbələ” klublarını təbrik edib.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis bu uğurun Azərbaycan futbolu üçün önəmli hadisə olduğunu vurğulayıb:

 

"Ümid edirəm ki, klubların əldə etdiyi nəticə Azərbaycan milli komandasının da uğurlu çıxışına müsbət təsir göstərəcək. Bugünkü püşkatmanı böyük həvəs və maraqla gözləyirəm. “Qarabağ” və “Qəbələ”yə qrup mərhələsində uğurlar arzulayıram”.

Xəbər xətti